neft-yeniden-bahalasib

Neft yenidən bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,40 dollar və ya 0,69% bahalaşaraq 58,45 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,56 dollar və ya 0,87% artaraq 65,28 dollar təşkil edib.