neftin-neye-gore-bahalasdigi-melum-oldu

Neftin nəyə görə bahalaşdığı məlum oldu

Dünya birjasında etalon markalı neftin qiyməti ABŞ-da xammal ehtiyyatının azalması barədə məlumatların, həmçinin, Meksika körfəzindəki qasırğa fonunda artmağa davam edir. İnsider.az-ın məlumatına görə, bunu iyulun 11-də səhər saatlarına olan hərrac məlumatları göstərir.

Belə ki, Londonun “ICE Futures” birjasında “Brent”ə olan sentyabr fyuçeri bir barrelinə görə 0,35 dollardan (0,52%) – 67,36 dollaradək qalxıb.

Nyu-York birjasındakı (NYMEX) elektron sessiyada “WTI”nin avqusta olan fyuçeri bir barrelinə görə 0,33-dən (0,55%) – 60,76 dollara qədər yüksəlib. Bu markanın kotirovkaları yeddi aya maksimal həddinə çatıb.

Beləliklə, “Brent” və “WTI” markalarına olan aktual müqavilələr arasındakı bölüşdürmə “Brent”in xeyrinə olmaqla, 6,60 dollar təşkil edir.

“Qara qızıl” Meksika körfəzindəki qasırğanın yaxınlaşması ilə əlaqədar şirkətlərin neft və təbii qaz hasilatı üzrə əməliyatları dayandırdıqlarına görə bahalaşmaqdadır. ABŞ-ın Ekoloji təhlükəsizlik məsələləri üzrə bürosunun məlumatına görə, bölgədə artıq təxminən 32% neft və 18% qaz istehsal obyektlərinin fəaliyyəti dayanıb.

Samirə Məmmədova