neftin-qiymeti-artmaga-baslayib

Neftin qiyməti artmağa başlayıb

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini illik 2,25-2,5 faiz saxlamaq və iyul ayında bir qədər azaltmaq barədə qərar qəbul etdikdən sonra dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb.

İnsider.az xəbər verir ki, Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,27 faiz artaraq bir bareli 64,56, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,1 faiz artaraq bir bareli 56,07, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 3,5 faiz artaraq bir bareli 66,10 dollar olub.

Qeyd edək ki, son iki həftə ərzində dünya bazarında neftin qiyməti 15 dollar aşağı düşmüşdü. Ekspertlər bildiriblər ki, iyul ayında da “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.

©FED.az