neftin-qiymeti-yene-dusdu

Neftin qiyməti yenə düşdü

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,54% azalaraq 1 barelə görə 66,36 dollar təşkil edib.

İnsider.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,31 % azalaraq 59,42 dollar təşkil edib.