netflix-bu-olkelerde-abunelik-haqqini-qaldirdi

“Netflix” bu ölkələrdə abunəlik haqqını qaldırdı

Amerikanın "Netflix" striminq video xidməti abunə olmaq yolu ilə film və serialların nümayişini təqdim edir. Populyar platforma bir müddətdir ki, yeni qiymət strategiyası üzərində işləyirdi. Şirkət dünəndən (20.06.2019) etibarən qiymətləri yeniləyib.

İnsider.az-ın məlumatına görə, bir müddətdir ki, qiymətlərini sabit saxlayan “Netflix” dünən qiymətləri artırdığını açıqlayıb. Edilən açıqlamaya əsasən, yeni qiymətlər 20 Avropa ölkəsinə şamil ediləcək.

Bilindiyi kimi, “Netflix”-də Əsas, Standart və Premium olmaq üzrə üç müxtəlif paket mövcuddur. Şirkətin bu paketlər üzrə tətbiq edəcəyi qiymət artımı uzun müddət idi ki, maraq doğururdu. Ancaq görünür ki, qiymət istifadəçilərin böyük narahatlığına səbəb olmayacaq.

Tətbiq ediləcək yeni qiymət tarifi ilə daha əvvəl 2.76 dollar olan Əsas Paket artıq 3.10 dollar, 4.83 dollar olan Standart Paketin qiyməti 5.17 dollar, 6.90 dollarlıq Premium Paketin qiyməti isə 7.24 dollar olaraq müəyyənləşdirilib.

©Banco.az