nokia-3-2-teqdim-edildi-qiymeti

Nokia 3.2 təqdim edildi – QİYMƏTİ

Bu ilin fevral ayında keçirilən Mobil Dünya Konqresində HMD Global Nokia 3.2-nin hazırlandığı ilə bağlı məlumat vermişdi.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkət 3 ay sonra gözlənilən telefonu rəsmi olaraq satışa çıxarıb. 2 günlük enerji saxlama gücünə malik olduğu iddia edilən Nokia 3.2-nin xüsusiyyətləri və qiyməti təqdim edilib.

6,26 düym böyüklükdə və 1520 x 720 piksel çəkim dəqiqliyində HD + TFT ekrana sahib Nokia 3.2 Qualcomm Snapdragon 429 giriş səviyyəli prosessor ilə satışa çıxarılıb. 2 GB RAM + 16 GB yaddaş və 3 GB RAM + 32 GB yaddaşa malik olmaqla, iki fərqli variantda təqdim edilən telefonun 13 MP arxa kamerası və 5 MP ön kamerası var. Android 9 Pie əməliyyat sistemi ilə istifadəçilərə təqdim edilən Nokia 3.2-nin batareya tutumu 4000 mAh-dır.

Nokia 3.2-nin təqdim edilən ilkin qiyməti belədir:

2 GB RAM + 16 GB saxlama versiyası: 129 dollar

3 GB RAM + 32 GB saxlama versiyası: 154 dollar