nokia-ve-qualcomm-5g-muqavilesi-imzalayib

Nokia ve Qualcomm 5G müqaviləsi imzalayıb

ABŞ telekommunikasiya şirkəti olan "Qualcomm" "Nokia" ilə patent lisenziya verilməsi ilə bağlı müqavilə imzalayıb.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilədə "Qualcomm" "HMD Globala" 3G, 4G və 5G funksiyalı cihazların inkişafı, istehsalı və satışı üçün patent lisenziyası verib.

 

“Təkmilləşdirilmiş, inkişaf edən telefonları təqdim etmək arzumuz hər gün daha da artır. Birgə çalışmağımız bizi bazarda qabaqcıl yeniliklər təqdim etməyə və istehlakçılara verdiyimiz sözləri tutmağımıza imkan verəcək", - deyə "HMD Global"-ın baş icraçı direktoru Florian Seiche bildirib.