notlarin-yerlesdirilmesi-uzre-herrac-kecirilib-neticesi

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

15 may 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100376S  dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

İnsider.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 720 milyon 98 min 400 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. 

Notların ödəmə tarixi 12.06.2019