odenisi-zamin-eden-problemli-kreditde-kompensasiya-kime-odenilecek-detallar

Ödənişi zamin edən problemli kreditdə kompensasiya kimə ödəniləcək? - DETALLAR

Baş vermiş devalvasiya nəticəsində bəzən belə hallar oldu ki, müştəri ödəniş etmədiyindən kreditləri zamin ödəyib. Belə olduğu halda, müştəri, zamin, bank arasında məsələ necə tənzimlənəcək?

İnsider.az xəbər verir ki, bu sualı Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılovun cavablandırıb:

"Zaminlərin ödənişlərinin təmin edilməsi ilə bağlı məhkəmə qərarları olub. Müxtəlif zamanlarda zaminlər borcalanlar əvəzinə kredit ödənişləri yerinə yetiriblər. Bu məsələlərin üçtərəfli qaydada, yəni krediti götürən şəxs, krediti ödəyən zamin, bu ödənişlərin həqiqətən də zamin tərəfindən ödənilməsini təsdiq edən sənədləri və buna əmin olmaq üçün bank. Bu məsələnin ən ədalətli yolu ödənişi etmiş zamin və borcalan arsında həll olunmalıdır – üçtərəfli formada həlli nəzərdə tutulub. Bunun ədalətli yolu ödənişi etmiş zamin və borcalan arasında olmaldır. Ancaq bu, mülki münasibətdir və bu münasibətlərdə hər hansı bir problem yaranarsa, o zaman bu məsələlərin elə mülki qaydada həll olunması nəzərdə tutulub".