oksford-universiteti-tarixde-en-iri-iane-aldi

Oksford universiteti tarixdə ən iri ianə aldı

Amerikanın “Blackstone Group” investisiya şirkətinin rəhbəri olan milyarder Stiven Şvatsman Oksford univesitetinə 150 milyon funt sterlinq (188 milyon dollar) ianə edib. Bu, Britaniya universitetlərinin tarixində rekord ianədir. İnsider.az bu barədə “BBC”-yə istinadla xəbər verir.

Pulları süni intellektin və onun tərtibatı ilə bağlı olan etik və sosial problemlərin təhlili ilə məşğul olan yeni institut əldə edəcək. Həmçinin bu vəsaitə Şvatsmanın şərəfinə adlanacaq humanitar fənlər mərkəzi yaradılacaq.

Qeyd edilir ki, Şvartsman daha əvvəl Massaçusets texnoloji institutuna (MIT) hesablama texnikası və süni intellekt mərkəzinin yaradılmasına 350 milyon dollar ianə etmişdi.

Qeyd edək ki, Stiven Şvartsman “Forbes”-un milyarderlər reytinqində 100-cü pillədədir. Onun var-dövləti 15,5 milyard dollar dəyərində qiymətləndirilir.

Samirə Məmmədova