oten-il-rusiyadan-azerbaycana-gelen-turist-sayi-aciqlanib

Ötən il Rusiyadan Azərbaycana gələn turist sayı açıqlanıb

Azərbaycana ötən il Rusiyadan 800 min turist gəlib.

İnsider.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“2018-ci ildə Azərbaycana 800 min rusiyalı turist gəlib, deməli, Azərbaycan Rusiya üçün daha cazibəli yerə çevrilir. Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb, qarşılıqlı əməkdaşlıq qurulur”, – səfir deyib.

O, iki ölkə arasında müntəzəm təyyarə reyslərinin də açıldığını xatırladıb: “Ölkəmizin regionları ilə Azərbaycan arasında daşımalar həyata keçirəcək rəsmi hava daşımaçılarının sayını daha da artırmaq üçün müzakirələr aparılır”.

Diplomat Xəzərdə turist gəmi reyslərinin də açılmasına hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb.

©Report