oyuncaq-milyarderi-bratz-l-o-l-surprise-ve-poopsie-istehsalcisinin-hekayesi

“Oyuncaq” milyarderi – “Bratz”, “L.O.L Surprise” və “Poopsie” istehsalçısının hekayəsi

Tehrandan Los-Ancelesə

İsaak Larian Tehranın yoxsullar yaşayan hissəsində böyüyüb. Ailədə ondan başqa dörd uşaq var idi və atası kiçik parça dükanı işlədirdi. Larian doqquz yaşına çatanda, o da ailə biznesinə cəlb edildi, belə ki, atası ona anbarın doldurulması və müştərilərdən ödəmələrin yığılmasını tapşırdı.

Larianın xatirələrinə əsasən, uşaqlıqda gündəlik işlərdən fikrini başqa yerə ayırmağın tək imkanı Hollivud filmləri idi. O, Amerikanı məhz ekranda göstərildiyi kimi zənn edirdi. Beləliklə, 17 yaşı olanda valideynlərini onu ABŞ-a daha böyük imkanlar dalınca yollamağa əmin edir, onlar da yeniyetmənin əmisindən 750 dollar borc alaraq, İsaakı Los-Ancelesə göndərirlər.

İlk əvvəl İsaak qorxu içində olur – ingiliscə bilmir, qalmağa ev, iş tapa bilmir, üstəlik pulu da qurtarır. Sonra o, dostunun yardımı ilə ev tapır və qəhvəxanada saatı 1,65 dollara qabyuyan işinə düzəlir. Daha sonra isə vəzifəsini ofisianta qədər qaldırırlar.

Bu bir ilə yaxın müddət ərzində o, pul yığıb yerli “Los Angeles Southwest” kollecinə qəbul olub qiyabi oxuyur, daha sonra ordan Kaliforniya ştatıın universitetinə keçərək, oranı 1978-ci ildə tikitinti mühəndisi dərəcəsi ilə bitirir. Larian vətənə qayıdıb öz ixtisası üzrə çalışmağı planlaşdırır, lakin İrandakı 1979-cu ilin inqilabı bu planlarını dəyişdirməyə vadar edir.

“Mən bilirdim ki, sahibkar olmalıyam. Bu, məhz atamın mağazasında işləyərək öyrəndiyim şey idi”, — deyə Larian qeyd edir.

“Oyuncaq” imperiyasının yaradılışı

İş qurmazdan əvvəl Larian müvəqqəti İrana gedir və oradan qardaşı Fərhadla qayıdır. ABŞ-da onlar “Surprise Gift Wagon” şirkətini açırlar - bu, latundan olan dekorativ malların satışı üzrə kiçik biznes idi. Larian biznesi öz mənzilindən idarə etsə də, doqquz aya o, 30 min dollar mənfəət götürməyə nail oldu. Qısa zamanda isə qardaşlar idxal edilən elektronikanın satışına keçib firmalarının adını “Micro Games of America”ya dəyişdirdilər.

1980-lərin sonunda “Micro Games of America” “Nintendo Game & Watch”un ilk rəsmi distribütoru oldu. Bu isə şirkətə ilk satış ilində 23 milyon dollar qazandırdı. İsaakın bu işdə uğurunun sirri ondan ibarət idi ki, Yaponiyada bir çox oyuncaqlar üzərində mətnlə dolu qapalı qutularda satılırdı, ABŞ-da isə malı görüb almağa öyrəşmişdilər – onların reklam mətnlərini oxumağa səbirləri çatmırdı. Bu səbəbdən də Larian vitrinlərdə qablaşdrımasından çıxarılmış konsolları yerləşdirirdi. Bu da satışı artırdı. Məhz videooyunların populyarlığı İsaakda oyuncaq satışına maraq oyatdı.

90-cı illərin sonunda isə ixtiraçı Co Traşes sahibkara danışan kuklanın prototipini göstərir. Beləcə, Larianın 1997-cildə istehsalatını işə salacaqları “Singing Bouncy Baby” ideyası yaranır. Larianın sözlərinə görə, sərt rəqabətə baxmayaraq, o, təxminən 1 milyon ədəd “Singing Bouncy Baby”-ni satmağa nail olur və şirkətinin adını “MGA Entertainment”-ə dəyişir.

“Barbie” “Bratz”-a qarşı

“Singing Bouncy Baby”-nin uğuru ilə həvəslənmiş İsaak komandasına yeni tapşırıq verir – onlar növbəti hit olacaq yeni oyuncaq tərtib etməlidirlər. Larian “Mattel”in “Barbie”sini kölgədə qoyacaq kukla yaratmaq istəyirdi.

2001-ci ilin sentyabrında frilanser-dizayner Karter Brayant Lariana öz versiyasını göstərir – kuklanın qeyri-proporsional böyük başı, dolu dodaqları və uzun pəncələri vardı. Lariana oyuncaq təsir etməsə də, onun məktəbli qızının ürəyini fəth edir. Elə bununla da biznesmen oyuncağa şans verir – beləliklə, “Bratx” kukla seriyası yaranır.

“Bratz” “Barbie”-dən fərqlənir – o, müxtəlif etik qrupları təmsil edir (avropalı, afrikan, latın və asia). Həmçinin kuklalar rəfiqələr kimi nümayiş olunur – onlar hamsı bərabərdir – “MGA” hansısa personajın digərindən ağıllı və ya qəşəng olduğu ideyasını irəli çəkmir, konseptdə vurğunu “Bratz” kuklalarının dostluğa qiymət vermələrinə edir.

Kuklalar populyarlaşır – 2005-ci ildə “Barbie”-nin illik satışı 445 milyon dollar etdiyi halda, “Bratz”-da bu göstərici 800 milyon dollar olur. Kuklanın uğuru “MGA” və “Mattel” arasında “müharibəyə” gətirib çıxarır. 2004-cü ildə “Barbie” məhkəməyə müraciət edir. Şirkət iddia edirdi ki, “Bratz”-ın dizayneri Brayant kuklanı tərtib edərkən, onların şirkətinin əməkdaşı olub, bu səbəbdən də oyuncağa olan hüquqlar “Mattel”-ə məxsusdur.

“MGA” də “Mattel”-i “Bratz”-ın satışına əngəl yaratmaqda ittiham edərək, cavab iddiası qaldırır. Prosses 2011-ci ilədək davam edir və “MGA”-in qələbəsilə bitir: şirkət kommersiya sirrinin oğurlanması ilə bağlı zərərin təzminatı kimi 172,5 milyon dollar, Larian isə müəllif hüquqlarının və müqavilələrin pozulmasına görə təzminat olaraq 137 milyon dollardan çox vəsait alır.

Lakin “Mattel”-lə məhkəmə İsaakın yeganə problemi olmur – qardaşı Fərhadla da hissələr səbəbindən münaqişə yaranır. Ancaq vəziyyət valideynləri araya qarışdıqdan sonra düzəlir. Hazırda şirkətin 82%-i Lariana məxsusdur, şirkət 1,1 milyard dollar dəyərində qiymətləndirlir, onun illik satış həcmi isə 1 milyard dollar təşki edir.

“L.O.L. Surprise” və “Poopsie Slime Surprise” oyuncaqlarının uğuru

Müsahibələrinin birində Larian bir nəfərin ona yeni “iPhone”-ların qablaşdırmadan çıxarılması ilə bağlı “YouTube”-dakı çarxların populyarlığından danışdığını söyləmişdi – belə çarxlar milyonlarla baxış sayı toplayırdı. Buna görə də Lrian növbəti gün komandasına sürprizli oyuncaq düşünməyi tapşırır. Nəticəsi “L.O.L. Surprise” olur. “MGA” klassik tv-reklamı əvəzinə sosial şəbəkələri – “YouTube”, “Instagram” və “Snapchat”-ı istifadə edir.

2017-ci ildə isə növbəti yeniliyini – təkbuynuz “Poopsie Slime Surprise”-ı buraxır. “L.O.L. Surprise” kimi təkbuynuz da ən istənilən Milad bayramı oyuncaqları reytinqinə daxil olur.

“Toys "R" Us” şəbəkəsi və “Mattel”-i almaq cəhdi

2018-ci ilin martında Amerikanın uşaqlar üçün oyuncaq, geyim və digər malların pərakəndə satışı ilə məşğul olan “Toys "R" Us” bağlanılması haqda elan edir. Elə bu zaman İsaak onların şəbəkəsindən 200 ABŞ-da və 80 mağaza Kanadada əldə etmək üçün 675 milyon dollar təklif edir, lakin “Toys “R” Us” qiymətin həddən artıq aşağı olduğunu iddia edərək, Larianın təklifini rədd edir.

İsaakın isə sözlərinə görə, bu sövdələşmənin baş tutduğu halda o, şəbəkənin mağazalarından miniatür “Disneylendlər” edəcəkdi. Onun fikrincə, valideynlər belə yerdə mütləq oyuncaq almaq məcburiyyətində qalmayacaqdırlar və uşaqlar oyuncaqlarla burada vaxt keçirərək rahat oynaya bilərdilər.

Bir müddət sonra Larian “Mattel”-ə sövdələşmə təklif edir – şirkətləri onun idarəçiliyi altında birləşdirmək. Lakin “Mattel” də imtina cavabı verir. İsaak təklifinə ikinci rədd cavabı aldıqdan sonra bu fikrindən daşınır və “Mattel”-in təxmini il ərzində müflis olacağı fikrilə bölüşür.

“MGA Entertainment”-i uğura gətirən yol — İsaak Larianın fikri

“Oyuncaq biznesi dəb industriyası kimidir. Əfsuslar olsun, nəsə innovativ bir şey yarananda, dərhal bunu kopyalayanlar da meydana çıxır. “MGA”-da biz axının yurxarısı ilə üzürük, trendlərə uymuruq, onları yaradır və təşkil edirik. Bizdən qabaq heç kimin etmədiyi – orijinal məhsulları - bazara buraxmağı sevirik.

Uğur cəsurlara lütf edir.”

Samirə Məmmədova