oz-arzularinizin-layihesini-hec-cur-baslaya-bilmemeyinizin-5-sebebi

Öz arzularınızın layihəsini heç cür başlaya bilməməyinizin 5 səbəbi

Ağılınıza əla ideya gəlib, siz şövqlə onunla bütün dostlarınız və əzizlərinizlə bölüşürsünüz. Növbəti görüş zamanı onlar işinizin necə irəlilədiyini soruşurlar. Siz cavab olaraq, hələ ki, məsələni təhlil etdiyinizi və planlaşdırma ilə məşğul olduğunuzu deyirsiniz. Lakin vaxt gedir, ideya eləcə də reallaşmamış iş olaraq qalır, siz isə hamıya eyni cavabı verməkdən yorulmusunuz.

Tanış vəziyyətdir? Tərtibatçı Devid Yu niyə belə baş verdiyini və bununla necə mübarizə aparmağın barəsindən danışıb.

Siz mükəmməlliyin dalınca qaçırsınız

Gözləyirsiniz ki, nə vaxt ideal biznes-partnyor üzə çıxacaq. Nə vaxt bazar yetişəcək. Siz hər şeyi xırdalığına kimi planlaşdıraq istəyirsiniz. Lakin Bencamin Franklinin söylədiyi kimi, hərəkəti fəaliyyətlə səhv salmaq olmaz.

Mən bilirəm ki, layihə sizin üçün nə qədər dəyərli olsa, bir o qədər şiddətlə onun ideal olmağını istəyirsiniz. Lakin bu sizi fəaliyyətdən saxlamalı deyil.

Layihəyə etinasızlıqla yanaşmağınızı məsləhət görmək axmaqlıq olardı. Ən nəhayət, biznesinizə laqeyd deyilsinizsə, hətta ilk addımlar ideallıqdan uzaq olsa da, siz onu tamamlaya biləcəksiniz.

Layihə, siz onu yaratmasanız belə, ölə bilməz – daxili səsiniz sizə belə söyləyir. Lakin valideynləriniz də bu cür düşünsəydilər, onda siz heç mövcud olmazdınız və indi bu məqaləni oxumazdınız.

Layihə olduqca irimiqyaslı görünür

Planlaşdırma gözəldir, lakin layihəmin çox böyük güc və vaxt tələb edəcəyini anladığım zaman, mən güclü mənəvi tükənmə hiss etdim, halbuki, heç işə başlamamışdım.

Əvvəllər özümə deyirdim: “Belə, gəl kursun ilk modulunu edək.” Sonra isə heç nə etməmək üçün bəhanə tapırdım.

Onda mən məsələni xırda hissələrə böldüm:

Modul -> Bölmə -> 1 video -> Mətn -> Bir paraqraf.

Kiçik paraqrafı yazmağımı bitirəndə, düşündüm: “Mənim cəmi bir neçə dəqiqəm getdi, yəgin, birini də edə bilərəm.”

Həmin gün mən modulun bütün mətnini yazıb qurtara bilmədim, lakin heç olmasa hansısa irəliləyişə nail oldum. İrəliləyiş isə motivasiya verir.

Siz vaxtınızı hədər sərf etməyə qorxursunuz

Həqiqətən də, bu, mənim ən böyük qorxumdur. Hesab edirəm ki, vaxt ən dəyərli resursdur. Ən dəhşətli kabusum vaxtımı nəyinsə hədər yerə tərtibatına xərclənməsidir.

Mən daha çox məqalə oxumağa və bazarın, rəqabətin təhlili, məhsulun işə salınması və ideyaların test edilməsi üzrə kursları keçməyə çalışırdım. Bu yolla mən heç bir işimin alınmayacağı qorxusunu dəf etməyə cəhd edirdim. Ancaq qorxu heç yerə itmədi.

Özümə təlim kursu hazırlayacağımı dedim. Lakin o, uğurlu oldu mu? Xeyr, işə salınmanın ilk həftəsi onu cəmi bir nəfər əldə etdi.

Sərf etdiyim vaxta heyifslənirəmmi? Xeyr, mən bu təcrübədən çoxlu nəticə çıxartdım.

Öz ideyanıza nəyə görə heyran olduğunuzu unutmusunuz

İdeya ağlınıza ilk gəldiyində, siz onu təzə və həvəsləndirici sayırsınız.

Elə belə də mənimlə baş verdi. Sonra mən ideyanın nə qədər pul gətirəcəyini və onun xərcini çıxarmaq üçün neçə nəfərə satılması gərəkdiyini düşündüm.

Ancaq nəyə görə öz kursumu yaratmağa qərar verməyimin əsas səbəbi şəbəkədə “WeChat” üçün tərtibata həsr olunmuş ingilis dilli resursların olduqca az olması idi. Mən biliklərimin xarici tərtibatçılara lazım olacağını düşündüm.

İdeyanızın sizi əvvəlcədən nə ilə cəlb etdiyini unutmayın. Onun həyata keçməsinə başlayıb-başlamayacağınız bundan asılıdır.

Həddindən çox ideyanız var

Beyininiz saatda 2500-3000 fikir generasiya edə bilər. Bir ideyanızı yazmamış, beyininizə növbəti ideya gələ bilər.

Seçimin paradoksu bundadır – variantların çoxluğu bizdə stressə səbəb olur. Nəticədə, siz tamamilə seçim etməməyi qərara alırsınız.

Məqsədlərə nail olmağınızda sizə bunlar kömək edəcək.

•    İdeyalarınızı dərhal yazın.
•    Hər dəfə yadınıza düşən ideyanı tapın.
•    İşə başlamağa qərar verəcəyiniz tarixi seçin.
•    İdeyanın sizdə ruh yüksəkliyinə səbəb olduğu vaxt onun üzərində işləməyə başlayın.
•    Müxtəlif layihələrə qoşulun (məndə maksimum üç belə layihə var).

Hər birimizin öz vaxtını gözləyən ideyası var və ancaq siz onları həyata keçirə bilərsiniz. Nəyə görə də sınamayasınız və sizdə nəyin alınacağına baxmayasınız?

İnsider.az

Samirə Məmmədova