pauel-fed-in-faiz-endirmesi-ucun-sahe-var

Pauel: Fed-in faiz endirməsi üçün sahə var

Fed sədri Cerom Pauell (Jerome Powell), ABŞ mərkəzi bankının pul siyasətini yumuşaltmaq üçün sahəsi olduğunu bildirib. O, inflyasiya və işsizlik nisbəti arasındakı əlaqənin zəiflədiyini qeyd edib.

"İşsizlik nisbəti və inflyasiya arasındakı əlaqə zəif hala gəlib. Daha zəif, daha zəif və daha da zəiflədi",- deyə Pauell cümə axşamı günü Senatın Bankçılıq Komitəsində çıxışı zamanı bildirib.

ABŞ Prezidenti Donald Tramp faizləri aşağı salması üçün Fed-ə  təzyiq göstərir. Eyni zamanda, ticarət gərginliklərinə bağlı olaraq emal sektoru və iş dünyası inamında azalmadan qaynaqlanan qlobal tənəzzül başlayıb. Bu səbəblərdən Fed-in bu ayın sonunda keçirəcəyi iclasda yaranmış zəifliyin aradan qaldırılması üçün faizlərin aşağı salınacağı gözlənilir. 

©Marja