pentaqon-amazon-a-gore-10-milyard-dollarliq-muqavileni-texire-saldi

Pentaqon “Amazon”-a görə 10 milyard dollarlıq müqaviləni təxirə saldı

Pentaqon daha əvvəl “Amazon”-un inhisarında olmuş hərbçilər üçün yeni nəsil hesablama xidmətlərinin təqdim edilməsi üzrə 10 milyard dollarlıq müqavilənin bağlanmasını təxirə salıb.

Müqavilənin bağlanılması haqda məsələni ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Mark Esper nəzərdən keçirməlidir. İnsider.az bu barədə “The New York Times”-a istinadla xəbər verir.

Daha öncə iyulun 27-də “Amazon”-un rəqibi “Oracle” ABŞ prezidenti Donald Trampa rəqibinin bulud hesablamaları şəbəkəsində inhisar yaratmaq məqsədilə əlbirliyi haqda deyilən sənədi təqdim etdikdən sonra Tramp müqavilənin bağlanılması prossesini ciddi şəkildə müşahidə edəcəyini bildirmişdi.

Sənəddə, “Oracle”-ın versiyasına görə, nazirliyin daxili və xaricində “Amazon”-un müqaviləni udmasına kömək edən şəxslərin olduğuna dair dəlillər  olub.

Üstəlik, deyilənə görə, “Oracle” və “IBM” ilkin hərracdan, Pentaqonun onların bu cür çətin əməliyyatların icrası üçün lazımi infrastruktura malik olmadıqlarına qərar verdiyinə görə xaric ediliblər.

Qeyd edək ki, yeganə rəqiblər kimi məxfi bulud hesablamaları layihələrilə iş təcrübəsinə bələd olan “Amazon” və “Microsoft” qalmışdı.

Samirə Məmmədova