peruda-neft-kemerinde-qeza-bas-verib

Peruda neft kəmərində qəza baş verib

Peruda ən iri neft kəməri olan “Norperuano”-nun zədələnməsi nəticəsində Baqua əyalətində Nyeva çayı yaxınlığında neftin sızması baş verib. İnsider.az-ın məlumatına görə, bu haqda “Petroperu”-nun saytında deyilir.

“Boru kəmərinin yoxlanması nəticəsinə əsasən, bu sektorda anomaliya aşkar olunmayıb, ona görə də baş verən qəzanın səbəbinin struktur problemi olması variantlar sırasından çıxarılır”, — şirkətdən bildirilib.

“Petroperu” hələ ki, dağılmış neftin həcmini təyin etməyib. Hadisə yerinə mütəxəssislər briqadası göndərilib.

Şirkət qeyd edir ki, neftin “Norperuano” üzərindən verilməsi yerli xalqların etiraz aksiyaları səbəbi ilə iyulun 5-i dayandırılıb. Məlumata görə, onlar artıq “Petroperu” stansiyalarından birini ələ keçiriblər.

Samirə Məmmədova