pocta-mail-ru-adi-sifreleri-birdefelik-sms-kodlarla-evez-edecek

“Poçta Mail.ru” adi şifrələri birdəfəlik sms-kodlarla əvəz edəcək

“Poçta Mail.ru” istifadəçiləri öz elektron poçt qutularına sms və ya push-bildirişdə gələn birdəfəlik kod vasitəsilə daxil ola biləcəklər. İnsider.az bu barədə “Rusbase”-ə istinadla xəbər verir.

Şirkətdə vurğulayırlar ki, birdəfəlik kod sorğu zamanı formalaşır deyə onu tapmaq və ya yığmaq qeyri-mümkündür və buna görə də belə avtorizasiya üsulu daha təhlükəsizdir. Bundan başqa, o, məhdud vaxt ərzində və ancaq bir giriş üçün qüvvədə olur.

“Çox vaxt poçt istifadəçinin bütün digər servislərinə “açar” olur, buna görə də elektron poçtun təhlükəsizliyi olduqca mühümdür”, - deyə “Mail.ru Group”-un vitse-prezidenti Anna Artamonova qeyd edir.

Gələcəkdə isə “Poçta Mail.ru” adi şifrələrdən tamamilə imtina etmək niyyətindədir. Əlavə olaraq, fiziki cihazlar və biometrik verilənlər (barmaq izləri, üz tanıma və sair) vasitəsilə əlavə avtorizasiya üsullarını tətbiq etməq planlaşdırılır.

Samirə Məmmədova