porsche-sirketinin-rehberi-baresinde-arasdirma-aparilir

“Porsche” şirkətinin rəhbəri barəsində araşdırma aparılır

Ştutqart prokurorluğu “Porsche” avtomobil şirkətinin İdarə Heyətinin sədri Oliver Blumeyə qarşı ilkin təhqiqata başlayıb.

İnsider.az xəbər verir ki, ötən gün şirkətə məxsus ofislərdə və iki maliyyə bölməsində axtarışlar aparılıb. Belə ki, ehtimala görə, İstehsalat Şurasının keçmiş üzvü Uve Hükə artıq məvacib ödənilməsində O.Blume də daxil olmaqla 6 nəfərin əli olmasından şübhələr var. Ödəniş məbləğini artırmaqla onların vəzifədən su-istifadə edərək vergi qanunlarını poza biləcəkləri bildirilir.

Axtarışların 186 əməkdaşın iştirakı ilə O.Blumenin mənzilində də aparıldığı, Hükün isə şahid qismində istintaqa cəlb edildiyi qeyd olunur.

©“Report”