qargidalinin-qiymeti-5-ilin-en-yuksek-seviyyesini-gorub

Qarğıdalının qiyməti 5 ilin ən yüksək səviyyəsini görüb

Ötən ay qlobal əmtəə birjalarında qarğıdalının qiyməti 473 dollarla 5 ilin ən yüksək səviyyəsini görüb.

Qarğıdalı sonuncu dəfə 30 iyun 2014-cü ildə 473,50 dollar səviyyəsinə qədər yüksəlmişdi.

İnsider.az xəbər verir ki, ABŞ-da yağıntı və mənfi hava şəraitinin qarğıdalıya zərər verəcəyinə dair  narahatlıqlar qiymətlərin  yüksəlməsinə səbəb olub.

ABŞ-ın orta qərb əyalətində ifrat yağışlar yağıb. Mənfi hava şərtləri qarğıdalının əkilməsi və məhsulun inkişafını əngəlləyib. Həddindən artıq yağışların ABŞ-da fermerlərin qarğıdalı əkməsinə mane olmasının  sonrakı aylarda  problem yaratması gözlənilir.

Analitiklər iyun ayındakı həddindən artıq yağışlar, avqust ayındakı isti hava və oktyabr ayındakı ayazın misirdə gəlir problemi yaradacağını bildirirlər. Əkinlərin  gecikməsinə görə ABŞ-da qarğıdalı ehtiyatlarında azalma olacağı proqnozlaşdırılır.  

©marja