qizil-9-dollar-bahalasib

Qızıl 9 dollar bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 1,43% - 26 378,19 bəndədək, "S&P 500" 1,88% - 2 938,09 bəndədək, NASDAQ isə 2,24% - 8 039,16 bəndədək artıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,21% - 7 285,90 bəndədək, Almaniya DAX-ı 1,68% - 11 845,41bəndədək, Fransa CAC-40-ı isə 2,31% - 5 387,96 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,90 dollar bahalaşaraq 1 518,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,16 dollar artaraq 17,10 dollara satılıb.