qizilin-qiymeti-enib

Qızılın qiyməti enib

Amerika fond bazarında "Dow Jones" indeksi 0,01% - 26 449,54 bəndədək, "S&P 500" indeksi 0,23% - 2 900,45 bəndədək, NASDAQ isə 0,05% - 7 996,08 bəndədək azalıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,02% - 7 471,32 bəndədək, Almaniya DAX-ı 0,43% - 12 153,07 bəndədək, Fransa CAC-40-ı isə 0,62% - 5 563,09 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,20 dollar azalaraq 1 273,6 dollara, gümüşün unsiyasının qiyməti isə 0,04 dollar azalaraq 14,9 dollara satılıb.