raspberry-pi-yeni-mikrokomputer-teqdim-edib

“Raspberry Pi” yeni mikrokompüter təqdim edib

“The Raspberry Pi Foundation” şirkəti öz mikrokompüterinin dördüncü versiyasını təqdim edib. İnsider.az bunu “The Verge”-ə istinadla xəbər verir.

“Raspberry Pi 4” dörd-nüvəli “Broadcom 1.5 hHz” prosessoru, “500MHz VideoCore VI GPU” video kartı, “USB Type-C” portu və eyni vaxtda bir saniyəyə 30 kadrda iki 4K-monitoru və ya saniyəyə 60 kadrda bir 4K-monitoru dəstəkləyən iki “micro HDMI” ayırıcı ilə təchiz olunub. Həmçinin tərtibatçılar iki “USB 3.0” portu, iki “USB 2.0” portu, “Gigabit Ethernet” portu və “Bluetooth 5.0” əlavə ediblər.

“Raspberry Pi 4” üç komplektasiyada çatdırılır – 1GB, 2GB və 4Gb-lıq əməliyyat yaddaşı ilə. Cihazların qiyməti müvafiq olaraq 35, 45, 55 dollardan başlayır.

“Tom's Hardware” icmalçıları “Raspberry Pi 4”-ün işləmə qabiliyyətini yoxlayıblar: cihaz “Chromium”-dakı 15 açıq əlavə səhifələrlə, “GIMP”-dəki görüntülərin redaktə edilməsi və ya “Libre Office”-dəki cədvəllərlə və səbədlərlə iş ilə başa çıxır. Lakin bununla yanaşı o, hətta 480p-icazəli tamekranlı rejimdə “YouTube”-dan videonu işə salmağa çətinlik çəkir.

Samirə Məmmədova