reis-nazirin-birinci-muavini-teyin-edildi-serencam

Rəis nazirin birinci müavini təyin edildi - SƏRƏNCAM

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. 

İnsider.az xəbər verir ki, məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. 

S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 

2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.  

DİN-in Mətbuat xidmətindən  faktı təsdiqləyiblər.