2019-cu ilin aprel ayının 15-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 12-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9225 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0264 manatda qalıb.
1 türk lirəsi isə 0,2940 manata düşüb.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Aprelin 12-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9195 manata, 1 rubl 0,0264 manata, 1 türk lirəsi isə 0,2958 manata bərabər idi.