rutube-eylenceli-videoplatforma-ise-salacaq

“Rutube” əyləncəli videoplatforma işə salacaq

“Rutube” videoservisi cari il yay vaxtı “Rutube List” adlı əyləncəli videoplatforma işə salacaq. İnsider.az bunu “Kommersant”-a istinadla xəbər verir.

“Rutube List” səhifəsi artıq videoservisin saytında peyda olub.

Məlumatlara əsasən, yeni videoservis abunəlik və ya kontentə giriş üçün reklama baxmağı təklif etməyəcək. Bunun əvəzinə istifadəçilər promoçarxlara baxacaq və onlar varədə sorğudan keçəcəklər. Çarxlardan birində həmçinin deyilir ki, istifadəçilər kinopremyeralara giriş əldə edəcək və pul uda biləcəklər.

Qeyd edək ki, “Rutube List” “Pass.Media” sistemi üzərindən qeydiyyatdan keçməyi tələb edir. 

Samirə Məmmədova