s-p-fed-in-bu-il-faiz-endireceyini-gozleyir

S&P Fed-in bu il faiz endirəcəyini gözləyir

"Standard & Poor's"un (S&P) iqtisadçıları ABŞ iqtisadiyyatında artan “əks küləklər” səbəbilə ABŞ Mərkəzi Bankının (Fed) bu il ehtimal ki, faiz endiriminə gedəcəyini bildiriblər.

İnsider.az xəbər verir ki, S&P daha əvvəlki təxminlərində Fed-in bu il faizlərdə dəyişikliyə getməyəcəyini nəzərdə tuturdu.

Agentlik Tramp hökumətinin ticarət müharibəsində bir neçə cəbhədə mübarizə aparması səbəbilə qlobal tədarük zəncirinin pozula biləcəyini, iş və istehlakçı etibarına təzyiq yarana biləcəyini qiymətləndirir.

S&P iqtisadçılarına görə, ABŞ Mərkəzi Bankı sentyabr ayında faizi 25 bənd endirə bilər.

©"Marja"