samsung-6g-texnologiyasi-ucun-tedqiqat-merkezini-acib

"Samsung" "6G" texnologiyası üçün tədqiqat mərkəzini açıb

"Samsung" "6G" texnologiyası üzərində işləmək üçün yeni bir araşdırma mərkəzi açdığını bildirib.

İnsider.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövzuyla əlaqədar bir "Samsung" səlahiyyətlisi Telekommunikasiya texnologiyası standartları mövzusundakı yeni araşdırma qrupu "6G" şəbəkəsi üzərində qabaqcıl araşdırmalar aparıb inkişaf etdirəcəyini vurğulayıb. 

"Samsung"-un yeni mərkəzi "6G" teknologiyalarında süni zəka və robot işləri icra edəcək.

Bundan əlavə, "Samsung" 6G üçün tədqiqat mərkəzi açan yeganə şirkət deyil. "Samsung"-un yerli rəqibi "LG" də Koreya Yüksək Elm və Texnologiya İnstitutu ilə iş birliyi edərək "6G" üçün araşdırma mərkəzi açıb.

Çin gələn il "6G" üçün ilk test şəbəkələrini qurmağı planlaşdırır.

Qeyd edək ki, hələ qurulma mərhələsində olan "5G" texnologiyası bu anda yalnız müəyyən ölkələrdə kommersiya istifadəyə açılmış vəziyyətdədir.