samsung-galaxy-a60-smartfonu-teqdim-edilib

“Samsung Galaxy A60” smartfonu təqdim edilib

"Samsung" şirkəti Çində orta sinifli "Galaxy A60" smartfonunun təqdimatını keçirib.

İnsider.az xəbər verir ki, "Samsung Galaxy A60" modeli "Full HD " formatlı 6,3 düym diaqonallı "LCD" ekran və 32 meqapikselli ön kamera ilə təchiz edilib.

Ayrıca dinamikin nəzərdə tutulmamasına görə modeldə ekran səthini musiqinin səsləndirilməsi üçün alətə çevirən texnologiya tətbiq edilib.

Qurğu f/1.7 aperturlu 32, enlibucaq obyektivli (f/2.2) 8 və şəkillərdə fonun dağınıqlığı üçün 5 meqapikselli 3 arxa kameraya malikdir.

Modelin əsasını orta səviyyəli səkkiznüvəli "Qualcomm Snapdragon 675" prosessoru təşkil edir. Operativ və quraşdırılmış yaddaşın həcmi müvafiq olaraq 6 və 128 giqabayta bərabərdir. Akkumulyator tutumu isə 3500 milliamper/saat təşkil edir. Bundan əlavə, enerjinin doldurulması üçün "USB Type-C" portundan istifadə təklif olunur.

Çində qiyməti 300 dollar olacaq "Samsung Galaxy A60" smartfonunun digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.