samsung-galaxy-note-10-u-teqdim-edib-qiymet

"Samsung" "Galaxy Note 10"u təqdim edib - QİYMƏT

"Samsung" yeni flaqman smartfonu "Galaxy Note 10"u tanıdıb.

İnsider.az xəbər verir ki, "Note 10" seriyasından olan "Galaxy Note 10" və "Galaxy Note 10+" modelləri canlı fokus videosu, "selfie"lər üçün gecə rejimi və naqilsiz şarj paylaşımı özəllikləri ilə fərqlənib.

"Note" modelləri arasında ən kiçik ölçüyə malik olan "Galaxy Note 10" 6,3 düym, ən böyük ekrana sahib "Galaxy Note 10+" isə 6,8 düym ölçülərində olub.

QULAQLIQ YERİ YOXDUR

Yeni smarfonlarında qulaqlıq girişinə yer verməyən "Samsung" bunun üçün naqilsiz və ya şarj üçün nəzərdə tutulan USB-C girişi vasitəsilə qulaqlıqdan istifadəni nəzərdə tutur.

Dinamik AMOLED ekrana malik "Galaxy Note 10"un "S Pen"inə də yeni funksiyalar əlavə olunub. Belə ki, istifadəçilər əl yazısını "Samsung Notes"da çap mətnə çevirə bilir, həmçinin, böyüdə, kiçildə və mətnin rəngini dəyişə bilirlər.

Yeni funksiyalar arasında ən çox diqqət çəkənlərdən biri də canlı fokus videosu olub. Belə ki, smartfon istifadəçiləri video çəkilişləri zamanı da portret rejimindəki kimi arxa fonu bulanıqlaşdıra bilirlər.

"Zoom-In" mikrofon funksiyası səsi gücləndirərək arxa fondakı səsləri boğur və istənilən səsə fokuslanmağa kömək edir. Hərəkətdə olan obyektləri çəkərkən şəkillərin bulanıq olmasının qarşısını almaq üçün super balans özəlliyindən istifadə olunub.

ÖN KAMERAYA GECƏ REJİMİ ƏLAVƏ OLUNUB

"Samsung"un yeni smartfonlarında yer alan "AR Doodle" ilə "S Pen"dən istifadə edərək şəkilə effektlər və ya animasiyalar əlavə etmək mümkündür. "Galaxy Note 10+"da yer alan "3D Scanner" vasitəsisə bir obyekt üçölçülü görüntüyə çevrilə bilir. Zəif işıq altında "selfie" çəkmək üçün ön kameraya gecə rejimi əlavə olunub.

"Galaxy Note 10+" naqilli şarj özəlliyi ilə 30 dəqiqə enerji deoldurduqdan sonra uzun saatlar işləyə bilir. Naqilsiz enerji paylaşımı funsiyası ilə "Galaxy Note 10" istifadəçiləri "Galaxy Watch", "Galaxy Buds" və bu kimi cihazları şarj edə bilərlər. 

 

Qeyd edək ki, "Note 10" qiymətləri 949,99 dollardan, "Note 10+" qiymətləri isə 1099 dollardan babaşlayan qiymətlərlə satılacaq. 

©Finans.az