samsung-hovuzda-reklama-gore-mehkemeye-verildi

“Samsung” hovuzda reklama görə məhkəməyə verildi

Avstraliyanın Rəqabət və İstelakçı Haqqlarının Müdafiəsi üzrə Komissiyası (Australian Competition and Consumer Commission, ACCC) “Samsung”-un yerli bölməsini “Galaxy” smartfonlarının səhlənkar reklamında ittiham edərək, şirkəti məhkəməyə verib. İnsider.az bu barədə qurumun saytına istinadla xəbər verir.

“Samsung”-un reklamında “Galaxy” smartfonları hovuz və ya okeanın dibində göstərilib. Bu, tənzimləyicinin iddiasına görə, istifadəçilərdə yanlış təəssürata səbəb olub. Söhbət 2016-cı ildən 2019-cu ilədək çıxan “Galaxy S10e”, “S10”, “S10 Plus”, “S9”, “S9 Plus”, “S8”, “S8 Plus”, “S7”, “S7 Edge”, “Note 9”, “Note 8”, “Note 7”, “A8”, “A7” və “A5” smartfonlarından gedir.

İş orasındadır ki, bəzi “Galaxy” istifadəçilərin smartfonları su ilə təmasdan sonra sıradan çıxıb, lakin “Samsung”, iddiada deyilənə görə, bunu zəmanət halı kimi təsdiq etməkdən imtina edib. “Reuters” yazır ki, Cənubi Koreya şirkəti bütün zəmanət öhdəliklərini Avstraliyanın qanunvericiliyinə müvafiq olaraq icra etdiyini iddia edib.

“Samsung” həmçinin “Galaxy S10” smartfonlarını çimərlik və ya hovuzda istifadə etməməyi tövsiyə edib. АССС iddia edib ki, yəni şirkət suyun cihazı xarab edəcəyini etiraf edib. Həmçinin tənzimləyici hesab edib ki, “Galaxy”-nin sukeçirməz kimi reklamı “Samsung”-a rəqabətdə üstünlük yaradıb.

АССС-nun məlumatına görə, pozuntular 300-dən çox reklam elanlarına aiddir. “Reuters” xəbər verir ki, əgər “Samsung”-un xətası sübut olunsa, o zaman 2018-ci il sentyabrın 1-dən sonra dərc olunmuş hər reklam şirkətə 10 milyon Avstraliya dollarına (təxminən 7 milyon ABŞ dolları) başa gələcək. Sentyabrın 1-ə qədər olan reklam isə 1,1 milyon Avstraliya dolları (769,6 min ABŞ dolları) məbləğində cərimələnəcək. “Samsung” bütün ittihamları inkar edib.

Samirə Məmmədova