san-fransiskoda-dovlet-xidmetleri-terefinden-uz-tanima-sistemlerinin-istifadesine-qadaga-tetbiqi-des

San-Fransiskoda dövlət xidmətləri tərəfindən üz tanıma sistemlərinin istifadəsinə qadağa tətbiqi dəstəklənib

San-Fransisko ABŞ-ın polis və digər orqanlarda üz tanıma sistemlərinin istifadəsini qadağa edəcək ilk şəhəri olacaq. İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.

Məlumata əsasən, hələ ki hakimiyyət layihəni ilk səsvermə gedişatında qəbul edib, növbəti səsvermə cari ilin mayın sonuna kimi keçiriləcək.

Hakimiyyət hesab edir ki, belə texnologiyalar, o cümlədən, öz qeyri-mükəmməlliyinə görə, cəmiyyətə zərər verə bilər, çünki sistemdəki xəta günahsız insanın həbsinə gətirib çıxara bilər.

Üz tanıma sistemlərinin əleyhdarları hakimiyyətə belə texnologiyaların milli azlıqların təqibi üçün və ya digər qeyri-qanuni şəkildə istifadəsi barədə əndişələrini bildirirdilər.

Əgər qanun ikinci səsvermədə də qabul olunsa, o, 180 gün sonra qüvvəyə minəcək. Bununla yanaşı, qanun özəl hüquqi şəxslərə və şirkətlərə “ağıllı” kameraların istifadəsini və üz tanıma verilənlərinin istintaq üçün dövlətə ötürülməsini qadağa etməyəcək.

Samirə Məmmədova