saudi-aramco-hyundai-oilbank-in-17-ni-alir

“Saudi Aramco” “Hyundai Oilbank”-ın 17%-ni alır

Səudiyyə Ərəbistanın “Saudi Aramco” dövlət neft şirkəti Cənubi Koreyanın “Hyundai Oilbank” neft emalı şirkətinin 17%%-ni almaq niyyətindədir.

İnsider.az “Reuters”-ə istinadla bildirir ki, “Saudi Aramco” həmin hissə üçün 1,2 milyard dollar ödəməyə hazırlaşır.

“Hyundai Heavy Industries Holdings”-in təmsilçisi qeyd edib ki, satınalma dəyəri öncədən planlaşdırılmış qiymətdən bir qədər az, yəni bir səhm üçün 33 min von (49.30 AZN) təşkil edib. Agentliyin məlumatına əsasən,  “Saudi Aramco” ilə imzalanmış alqı-satqı müqaviləsinə Səudiyyə Ərəbistan şirkətinin “Hyundai Oilbank”-ın əlavə olaraq 2,9% hissəsinin alması imkanı daxildir.

Cari ilin yanvar ayında agentlik tərəfindən bildirilmişdi ki, “Saudi Aramco” “Hyundai Oilbank”-ın 20%-ə yaxın səhmlərini 1,6 milyard dollara almağı planlaşdırır. Qeyd olunurdu ki, sövdələşmə “Hyundai Oilbank”-a Səudiyyə Ərəbistan neftinin təchizatını artırmaq məqsədi daşıyır.

Hazırda Cənubi Koreyanın “Daesan” limanında “Hyundai Oilbank” neft emalı gücü gün ərzində 650 min barrel təşkil edir.

Samirə Məmmədova