saxta-batareyalarin-iphone-da-istifadesine-qadaga-qoyulacaq

Saxta batareyaların iPhone-da istifadəsinə qadağa qoyulacaq

IPhone-da istifadə olunan üçüncü buraxılış batareyaları indi yalnız orijinal batareyaların istifadəsinə imkan verən proqram təminatı tərəfindən bloklanacaq.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ texnologiya şirkəti Apple hazırladığıyeni proqramla aralarında iPhone XR, XS və XS Max-ın da olduğu yeni iPhone modellərində üçüncü buraxılış batareya istifadəsinə son verərək yalnız orijinal batareyalar istifadə edilməsini təmin edəcək.

Şirkət tərəfindən hazırlanmış proqram təminatı ilə batareyanın dəyişdiriləcək telefonlarda yalnız orijinal Apple batareyaları işləyəcək.

Yeni iPhone modellərində üçüncü buraxılış batareyaların istifadə edildiyində telefon "xidmət" xəbərdarlığı verərək batareyanın dəyişdirilməsi lazım olduğunu "bu cihaz orijinal iPhone batareyasına sahib deyil" mesajı ilə istifadəçiyə bildirəcək.

Applenin rəsmi xidmətlərindən başqa yerlərdə batareya dəyişdirərkən istifadə ediləcək batareya orijinal olsa belə istifadəçilər yenə telefonlarında eyni xəbərdarlıqla qarşılaşacaqlar. Bununla Apple batareyanın dəyişdirilməsinin yalnız rəsmi xidmətlərdə edilməsini hədəfləyir.

Nübar Lətifli