seudiyye-erebistaninda-qadinlara-daha-bir-selahiyyet-verildi

Səudiyyə Ərəbistanında qadınlara daha bir səlahiyyət verildi

Səudiyyə Ərəbistanı höküməti qadınlara krallığı kişi-qəyyumun (ər və ya digər kişi qohum) icazəsi olmadan tərk etməyə icazə verilib. İnsider.az bunu “Saudi Gazette”-ə istinadla bildirir.

Bundan başqa, yeni qanuna görə, qadınlar kişinin razılığı olmadan xarici pasport almaq üçün sənədlərini verə biləcəklər. Həmçinin onlar artıq yeni doğulmuş körpəni sərbəst qeydiyyata sala bilərlər.

Əvvəllər ancaq kişilər uşağın doğumu haqda dövlət orqanlarına xəbər verə bilərdilər.

Samirə Məmmədova