sipri-2018-ci-ilin-en-boyuk-herbi-xercleri-olan-olkelerin-adlarini-aciqladi

"SIPRI" 2018-ci ilin ən böyük hərbi xərcləri olan ölkələrin adlarını açıqladı

Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutu (SIPRI) 2018-ci il üzrə ölkələrin hərbi xərcləri üzrə reytinqini tərtib edib.

Aşağıda top-10-luğa daxil olan ən yüksək hərbi xərcləri olan ölkələr haqda məlumat verəcəyik.

1. ABŞ

Hərbi xərclər: 649 milyard dollar

ABŞ-ın hərbi xərcləri Çinin xərc artımı 24 il ard-arda müşaidə edildiyi vaxt, 2010-cu ildən bəri ilk dəfə artıb.

ABŞ dünyanın ən iri hərbi xərcləri olan ölkə olaraq qalır.

2018-ci ildə ABŞ-ın hərbi xərcləri “SIPRI” reytinqində ABŞ-ın ardınca gedən təqribən səkkiz ölkənin hərbi xərclərinin cəminə müvafiq idi.

“ABŞ-ın hərbi xərclərinin artımına Tramp administrasiyası zamanı silah satınalmaları üzrə yeni proqramların 2017-ci ildən reallaşması səbəb olub”, – “SIPRI”-nin Silahlanma və Hərbi Xərclər Proqramının direktoru Od Fleran qeyd edir.

2. Çin

Hərbi xərclər : 250 milyard dollar

Çin hərbi xərclərə görə dünyanın ikinci ən böyük ölkəsidir. 2018-ci ildə Çin hərbi xərclərini 5,0%, yəni 250 milyard dollara qədər artırıb.

Çinin xərcləri 2018-ci ildə, demək olar, 1994-cü ilin xərclərindən 10 dəfə yüksək olub və onların üzərinə dünya hərbi xərclərinin 14% düşüb.

“Çinin hərbi xərclərinin artımı ölkənin ümumi iqtisadi artımını izləyir. 2013-cü ildən bəri Çin öz ÜDM-in 1,9%-ni hərbi ehtiyaclara ayırır”, – “SIPRI”-nin Silahlanma və Hərbi Xərclər Proqramının elmi işçisi Nan Tyan bildirir.

3. Səudiyyə Ərəbistanı

Hərbi xərclər: 67,6 milyard dollar

2018-ci ildə ÜDM-də hərbi xərclərin ən yüksək payı olan 10 ölkədən 6-sı Yaxın Şərqdədir: Səudiyyə Ərəbistanı (8,8% ÜDM), Oman (8,2%), Küveyt (5,1%), Livan (5,0%), İordaniya (4,7%) və İzrail (4,3%).

4. Hindistan

Hərbi xərclər: 66,5 milyard dollar

2018-ci ildə Hindistan öz hərbi xərclərini 3,1%, yəni 66,5 milyard dollara qədər artırıb. Pakistanın hərbi xərcləri 11% artıb (2017-ci ildə olan eyni səviyyə) və 11,4 milyard dollara çatıb.

2018-ci ildə dünya hərbi xərcləri dünya ÜDM-in 2,1%-ni və ya adambaşına 239 dollar təşkil edib.

5. Fransa

Hərbi xərclər: 63,8 milyard dollar

Amerika Birləşmiş Ştatları, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa dünyanın ən iri hərbi xərcləri olan ölkələrin ilk beşliyinə daxil olublar.

Onların payına dünya hərbi xərclərin 60%-i düşüb.

6. Rusiya

Hərbi xərclər: 61,4 milyard dollar

2018-ci ildə Rusiyanın hərbi xərcləri 61,4 milyard dollar təşkil edib. Bu, onu “SIPRI” reytinqində hərbi xərclər həcminə görə altıncı ölkə edib.

2017-ci illə müqayisədə Rusiyanın hərbi xərcləri 3,5% azalıb.

7. Böyük Britaniya

Hərbi xərclər: 50 milyard dollar

2018-ci ildə dünya hərbi xərcləri iki il ardıcıl artaraq, 1988-ci ildən bəri ən yüksək həddə çatıblar.

“Soyuq müharibə” bitdiyindən sonra hərbi xərclərin ən aşağı həddə çatdığı 1998-ci ildənsə, 2018-ci ildə dünya hərbi xərcləri 76% yüksək olub.

8. Almaniya

Hərbi xərclər: 49,5 milyard dollar

Nan Tyanın sözlərinə görə, ötən il dünya hərbi xərclərinin yarsı ABŞ və Çinin üzərinə düşür.

9. Yaponiya

Hərbi xərclər: 46,6 milyard dollar

Asiya və Okeaniyada hərbi xərclərin artımı 1988-ci ildən bəri müşahidə olunur. 2018-ci ildə hərbi xərclər 507 milyard dollara çatıb və dünya ərbi xərclərinin ümumi həcminin 28%-ni təşkil edib. 1988-ci ildə bu göstərici cəmi 9,0% idi.

“Asiya ölkələri arasında, həmçinin Çin və ABŞ arasındalı gərginlik regionda hərbi xərclərin davam edən artımının əsas hərəkətverici qüvvəsidir”, – deyə, “SIPRI”-nin Silahlanma və Hərbi Xərclər Proqramının baş elmi işçisi Simon Vezeman izah edir.

Samirə Məmmədova