socar-bu-zavodda-payini-artirib

SOCAR bu zavodda payını artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Bakı Gəmiqayırma Zavodu” MMC-də payını 5,21% artırıb.

İnsider.az bildirir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, SOCAR-ın payı 65%-dən 70,21%-ə yüksəlib.