socar-olkeler-uzre-gelirlerini-aciqlayib

SOCAR ölkələr üzrə gəlirlərini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2018-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 20% artaraq 94 milyard 503 milyon manat təşkil edib.

İnsider.az xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

SOCAR-ın Azərbaycandakı gəlirləri 23% artaraq 6 milyard 626 milyon manat, Türkiyədə 0,95% artaraq 4 milyard 972 milyon manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 77,6% artaraq 2 milyard 352 milyon manat, Gürcüstanda 5,1% azalaraq 1 milyard 124  milyon manat, digər ölkələrdəki gəlirləri isə 44,5% artaraq 1 milyard 621 milyon manat təşkil edib.

Qeyd edək ki, 2018-cı ildə SOCAR-ın məcmu gəlirləri 20% artaraq 111 milyard 198 milyon manat olub.