sony-den-istilerden-qorunmaq-ucun-cihaz-video

“Sony”-dən istilərdən qorunmaq üçün cihaz - VİDEO

“Sony” şirkəti birbaşa köynəyə tikilmiş sərinləşdirici cihaz buraxmağa hazırlaşır. İnsider.az bu barədə “Engadget”-ə istinadla bildirir. “First Flight” proqramı çərçivəsində yapon firması bədənüstü “Reon Pocket” “kondisioner”-in istehsalına vəsait yığır.

“Reon Pocket” boyun özülündə “gizlənir” və öz sahibini soyuq hava ilə üfürür.

Məkanlarda istifadə edilən adi məişət cihazından fərqli olaraq, “Sony”-nin “fərdi iqlim-kontrolu” sistemi həqiqətdə havanı kondisiyalaşdırmır. “Reon Pocket”-in əsasında Petye effekti yatır – elektrik cərəyanın keçirilməsi zamanı isti udulur və ya ifraz edilir.

Bunun hesabına cib “kondisioneri” bədən temperaturunu 36-dan 23 °C-dək azaltmağa və ya onu 31,5-dən 39,8 °C-dək qızdırmağa qadirdir. Temperaturu ancaq mobil tətbidən əl ilə tənzimləmək mümkündür. Daha sonra avtomatik rejim funksiyası da reallaşdırılacaq.

Lakin sərinləşdirici köynəyin batareyası az müddətə bəs edir – enerjilə təkrar doldurulmadan cihaz 2 saatdan çox işləməz.

Gözlənilənə görə, “Sony" yeniliyi 2020-ci ilin mart ayına satışa çıxarılacaq. Onu ancaq Yaponiyada almaq mümkün olacaq. Dəyəri 12 760 yen (199.745 AZN) olacağı deyilir.

Samirə Məmmədova