space-adventures-kosmosa-turist-dasinmasina-start-verir

“Space Adventures” kosmosa turist daşınmasına start verir

“Space Adventures” şirkəti Beynəlxalq Kosmik Stansiyasına (BKS) uçmaq istəyənlərdən ərizə qəbuluna başladı.

İnsider.az "Kommersant"-a istinadla xəbər verir ki, uçuş “Boeing” şirkətinin yaratdığı “Starliner” gəmisilə həyata keçiriləcək.

“Pilotlanan uçuşların başladıqdan sonra kosmosa 550 nəfərdən bir qədər çox adam gedib – biz sizə növbəti səyahətçi olmağı təklif etmək imkanına şadıq”, — şirkətin ismarışında deyilir .

BKS-na ilk ekipajla “Starline” kosmik gəmisinin buraxılması cari ilin noyabrında planlaşdırılır. Gəmi BKS-na buraxılmadan sutka sonra çatacaq və 2020-ci ilin yazına kimi orada qalacaq. Bir aylıq BKS-da yaşama kosmik turistə 59 milyon dollara başa gələcək.

Samirə Məmmədova