stratolaunch-kosmik-sirketi-yaxinda-baglanir

“Stratolaunch” kosmik şirkəti yaxında bağlanır?

“Stratolaunch Systems” şirkəti yaxın zamanda bağlanacaq. İnsider.az bu barədə “Reuters” xəbər agentliyinə istinadla yazır.

“Stratolaunch Systems”-in rəsmi nümayəndəsi agentliyə verdiyi məlumatda: "şirkətin hal-hazırda heç bir xəbər və ya elanı yoxdur”-  bildirib. O, bir qədər sonra şirkətin işləməyə davam edəcəyini qeyd edib.

“Stratolaunch” “Allen Vulcan Inc” özəl investisiya fondunun bölməsidir. Şirkət Yerin orbitinə yük daşımalarının çatdırılma aparatları, raket-daşıyıcıları və kosmik aparatların işə salınması üçün nəzərdə tutulmuş “Stratolaunch” “hava startapının” aviasiya-kosmik sistemlərinin tərtibi ilə məşğul olub .

Qeyd edək ki, şirkəti 2018-ci ilin oktyabrında vəfat etmiş “Microsoft Corp”-un həmtəsisçisi Pol Allen təsis edib.

Samirə Məmmədova