tap-qaz-kemerinin-tikintisinin-88-i-tamamlanib

TAP qaz kəmərinin tikintisinin 88%-i tamamlanıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 88,2%-i yekunlaşıb.

İnsider.az xəbər verir ki, TAP konsorsiumundan “APA-Economics”-ə verilən məlumata əsasən, bu, mayın axırına olan göstəricidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə, İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.