tarixin-en-zengin-adaminin-adi-aciqlanib-ve-bu-ceff-bezos-deyil

Tarixin ən zəngin adamının adı açıqlanıb və bu, Ceff Bezos deyil

Planetin ən zəngin insanları üzrə müasir reytinqlərin liderləri əslində tarixdə ən zəngin şəxslər deyil. Amerikalı iqtisadçılar müəyyən ediblər ki, “Amazon” rəhbəri Ceff Bezos Con Rokfellerdən, Endrü Karneqidən və hətta Britaniya kralı fateh I Vilhelmin qardaşından geri qalır. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

Keçmişin varlılarının var-dövlətini ənənəvi olaraq valyuta kursunun dəyişməsini nəzərə alaraq hesablayırlar. Lakin “Measuring Worth” layihəsini yaratmış iqtisadçılar hesab edir ki, vəziyyətin ən yaxşı dərk olunması üçün insanın kapitalının ölçüsünü ölkə ÜDM həcmilə əlaqələndirmək lazımdır.

Bu metodikaya görə, tarixin ən zəngin adamı “Standard Oil”  neft şirkətinin təsisçisi Con Rokfeller oldu. 1937-ci ildə onun var-dövləti 1,5 milyard dollar və ya cari kursla 26 milyard dollar dəyərində qiymətləndirilirdi. Bu, günümüzün ən varlı insanı olan Ceff Bezosun var-dövlətindən (117 milyard dollar) qat-qat azdır.

Lakin Rokfellerin o vaxta düşən kapitalı ABŞ ÜDM-nun 1,6%-ə düşürdü. Əgər bizim vaxtımızda yaşasa və belə kapitala sahib olsa idi, o, tədqiqatçıların hesablamalarına görə, 331 milyard dollara sahib olaraq, Bezosdan, demək olar, üç dəfə çox zəngin olardı.

Samirə Məmmədova