taxil-zemileri-yanmasin-deye-bicin-zamani-bu-qaydalara-emel-edilmelidir

Taxıl zəmiləri yanmasın deyə biçin zamanı bu qaydalara əməl edilməlidir

Aran bölgələrində taxıl biçininə başlanılsa da, şimal regionunda iyun ayının ortalarından etibarən biçinə start veriləcək. Havaların isti keçməsi isə yanğın təhlükəsizliyini gündəmə gətirir.

İnsider.az-ın məlumatına görə, 1 hektar taxıl sahəsinin yanması təsərrüfatçıya təxminən 700-1000 manat arasında zərər vurur. Həmçinin, yanğın baş verən ərazidə növbəti il üçün əkilən məhsulun da keyfiyyəti xeyli aşağı düşür.

Mütəxəssislər bildirir ki, təsərrüfatçılar yanğın hadisələrindən sığortalanmaq üçün sahələrinin kənarlarında şum işləri aparmalıdır. Bu kiçik sahədə baş verən yanğının yayılmasının qarşısını alır.

Bəzən də təsərrüfat sahibləri biçini bitirən zaman öz taxıl sahələrini təmizləmək məqsədi ilə kövşənləri odlayırlar. Mütəxəssislər növbəti il sözügedən ərazidə məhsuldarlığın xeyli aşağı düşdüyünü deyirlər.

© Oxu.az