tereza-mey-istefasini-elan-etdi

Tereza Mey istefasını elan etdi

Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 7-i Konservativ partiyanın lideri vəzifəsini tərk edəcək. İnsider.az bu barədə “RİA Novosti”-yə istinadla xəbər verir.

Müvafiq elanı verməyə onu partiya üzvləri, o cümlədən, Meyin təqdim etdiyi “Brexit” üzrə Aİ ilə yenilənmiş sazişindən narazı qalmış nazirlər kabinetinin üzvləri məcbur ediblər.

Bu o deməkdir ki, Mey ölkənin baş nazir vəzifəsini də tərk etməlidir. Lakin o, hələ iyunun əvvəlində Böyük Britaniyaya səfər edəcək ABŞ prezidneti Donald Trampı qəbul etməyi çatdıracaq.

Yeni liderin seçki prossesi iyunun 7-dən sonra rəsmi olaraq başlayacaq. Hazırda əsas namizəd olan keçmiş XİN rəhbəri Boris Conson artıq öz namizədliyini irəli sürmək planları barədə danışıb.

Belə imkanı İcmalar palatasının keçmiş lideri Andrea Lids də nəzərdən keçirir. Potensial namizədlər arasında XİN rəhbəri Ceremi Hant və DİN rəhbəri Sacid Cavid də var.

Yeni kabinet rəhbəri seçilənədək (bu, adətən ən azı, altı həftə çəkir) Mey baş nazir öhdəliklərini müvəqqəti icra edən şəxs kimi qalacaq.

Samirə Məmmədova