tibde-suni-intellektin-tetbiqine-gore-lider-olkeler-melum-olub

Tibdə süni intellektin tətbiqinə görə lider ölkələr məlum olub

"Philips" korporasiyasının "Future Health Index" adlı araşdırmasına görə, Çin, Səudiyyə Ərəbistanı və Sinqapur milli səhiyyə sistemlərində süni intellektin tətbiqinə görə dünya liderləridir.

İnsider.az "tass.ru" saytına istinadən yazır ki, araşdırmada iştirak etmiş 15 ölkə arasında milli səhiyyə sistemlərində süni intellektin ən az tətbiqi ABŞ (10%), Avstraliya və Niderlandda (8%) qeydə alınıb.

Tibdə ən yeni texnologiyalardan istifadə üzrə yüksək göstəricilər Çin (45%), Səudiyyə Ərəbistanı (34%) və Sinqapurda (28%) qeydə alınıb.

Eyni zamanda, araşdırma nəticəsində məlum olub ki, Sinqapurda süni intellekt əsasən inzibati işlərdə (məsələn, xəstələrin qeydiyyatı, dərmanların təyinatı, personalın idarəetməsi və sairə) istifadə edilir.