top-menecerlerin-secimi-biznes-haqda-kitablar

Top-menecerlərin seçimi: Biznes haqda kitablar

İldən-ilə biznes-ədəbiyyat bazarı böyüyür və faydalı kitabları informasiya zibilindən ayırd etmək daha da qəlizləşir.

İnsider.az 2018-ci ildə əksər top-menecerlər tərəfindən seçilmiş biznes kitablarının siyahısını təqdim edir:

6. Deniel M. Keybl: “İşdə enerjini saxlamaq: əməkdaşlarınıza məşğul olduqlarını sevməyə kömək edən neyrobiologiya”

Şimali Karolina Universitetinin professoru Deniel Keybl öz kitabında motivasiyanı neyrobiologiya nəzər nöqtəsindən analiz edir. Müəllif rutinliyin səbəb olduğu motivasiya itkisinin öhdəsindən necə gəlməklə bağlı praktiki məsləhətlər verir, sadə və aydın şəkildə insan beyninin işləmə prinsiplərini izah edir.

5. “Mafiya meneceri. Korporativ Makiavelli təlimatı”

100-dən çox işçinin çalışdığı istənilən təşkilatın daxilindəki insan həyatı çox incəliklə qeyd edilib. Karyerasını qurmağa hazırlaşan hər kəsə tövsiyyə olunur – kitab rahat və əyləncəli oxunur.

4. Nassim Nikolas Taleb: “Öz canınla risk edərək. Gündəlik həyatın gizli asimmetriyası”

Məhz bu kitab Talebin “Incerto” silsiləsinin beşinci hissəsidir. Kitab həqiqi biznesmenin qərar alarkən həm uğur, həm məğlubiyyət zamanı, canını ortaya qoyduğuna və məsuliyyət daşımasına həsr edilib. Yəni başqa cür alınmır – ancaq bu cür ən ölçüb-biçilmiş, ən güclü qərarlar alınır. Kitabda mübahisəli anlar, birmənalı olmayan misallar çoxdur. Ümumilikdə, bu öz işini quran hər insan üçün mühüm mövzuya dair fərdi düşüncələrə olan əla tramplindir.

3. Rey Dalio: “Prinsiplər”

Rey Dalio dünyanın ən uğurlu hec-fondlardan birinin təsisçisidir. Həyatda o, tez-tez ağır qərarlar almaq, ictimai rəyə və bazar mövqeyinə qarşı çıxmaq məcburiyyətində olub. Öz kitabında Dalio ona uğura nail olmağa kömək edən prinsiplər sistemindən – həm şəxsi, həm peşəkar – bəhs edir. Mahiyyətcə, bu, müəllifin illərlə işlədiyi istənilən həyati qərara olan sistemli yanaşmadır. Müəllifin hesab etdiyi kimi, uğurdansa, müvəffəqiyyətsizliklər daxili artım üçün daha böyük potensial verir. Kitabda uzun-uzadı lirik haşiyə çıxmalara nadir halda rast gəlinir.

2. Piter Til: “Sıfırdan birə doğru. Gələcəyi dəyişəcək startapı necə yaratmalı”
Piter Til startapın məxfi uğur düsturu ilə bölüşmür. Lakin bizneslərin ölümü ilə nəticələnən əsas səhvlər və uğura gətirib çıxaran güclü tərəflər barədə olduqca asan dildə danışır. Bütün kitabın əsasında, ola bilsin ki, heç də ən bəlli və populyar olan fikir durmur – uğurlu olmaq üçün bazarda monopolist olmalısan. Şirkətlər rəqabətə çox pul xərcləyir, gəlir isə orada aşağıdır, çünki bazar rəqiblərlə doludur. Til deyir ki, böyük bazarda yüz oyunçudan biri olmaqdansa, ən yaxşısı kiçik bazarda monopolist olmaqdır.

1. Tommi Hilfiger: “Mənim arzuya doğru yolum”

Bu kitab uğura olan çətin və tikanlı yol barədə, dahi ideyaların necə düşünüb həyata keçirilməsi barədə, komandanın necə qurulması, ağır xəstəliyə qalib gəlinməsi, uşaqların tərbiyyə edilməsi və nəhayət, dünyanı ələ almaq barədədir.

Samirə Məmmədova