total-boyuk-britaniya-selfinde-qaz-hasilatina-baslayib

“Total” Böyük Britaniya şelfində qaz hasilatına başlayıb

““Total” Böyük Britaniyada, Aberdin sahilindən 230 km aralıqda 22/25a blokunda yerləşən “Culzean” yatağında qaz-kondensat hasilatına başlayıb”. İnsider.az-ın məlumatına görə, bu barədə “Total”-ın press-relizində deyilir.

Hasilat pikində “Total” bu yataqda sutka ərzində neft ekvivalentinin 100 min barrelini hasil edəcək. “Culzean” Böyük Britaniyada qaz istehlakının təxminən 5%-ni təmin edəcək, yekunda da “Total”-ın ölkənin qazla təminatındakı payı 18%-dək artacaq.

“Total” “Culzean”-ı 49,99% iştirak payı ilə idarə edir. Layihənin digər iştirakçıları Britaniyanın “BP” (32%) və Yaponiyanın “JX Nippon”-udur (18,01%).

Layihə altı buruq quyusunun qazılmasını, üç körpü platformasının və üzən anbar və yük boşaltma məntəqəsinin (FSO) tikintisini ehtiva edir.

Qeyd edək ki, “Total” Böyük Britaniyada biznes və dövlət sektoru üçün ən iri qaz və elektroenerji təchizatçılarından biridir. Şirkətin ölkədəki işçi ştatı 2 min nəfərdən çoxdur.

Samirə Məmmədova