tramp-cin-ile-ticaret-probleminin-davam-etdiyini-deyib

Tramp Çin ilə ticarət probleminin davam etdiyini deyib

ABŞ Prezidenti Donald Trump, hər iki ölkənin Çinin Şanxay şəhərində danışıqlara yenidən başladığı bir şəraitdə, Çini ABŞ kənd təsərrüfatı məhsullarını satın almaq məsələsində istəksiz davranmaqla ittiham edib və bu ölkənin ABŞ-ı "aldatmağa" davam etdiyini qeyd edib.

İnsider.az xəbər verir ki, Tramp, sosial media platforması "Twitter" vasitəsilə verdiyi açıqlamada, "Çin çox pis davranır, son 27 ilin ən pisi. ABŞ məhsullarını satın alacaqları fərz edilirdi, bunu etdiklərinə dair bir işarə yoxdur. Bu Çin ilə problem yaradır",- deyib.

Bu açıqlamaların ardından, Standard & Poor's 500 (S&P 500) indeksi seansın ən aşağı səviyyələrini test edib.

Aralarında ABŞ xəzinə naziri Stiven Mnuchin və Ticarət Nümayəndəsi Robert Lighthizerin də olduğu ABŞ nümayəndə heyəti, Çinli həmkarları ilə ticarət danışıqlarına yenidən başlamaq üçün Çinə gediblər. 

Bu görüşlərdən də bir nəticə çıxması gözlənilmir.