tramp-ikinci-prezidentliyinin-planlarindan-danisib

Tramp ikinci prezidentliyinin planlarından danışıb

ABŞ prezidenti Donald Tramp növbəti dəfə dövlət başçısı seçiləcəyi təqdirdə gələcək planlarından danışıb.

İnsider.az xəbər verir ki, bu barədə "Report" "Washington Post" məlumat yayıb.

Ağ Ev rəhbəri bildirib ki, o, ölkə büdcəsinin xərclərini azaltmaq niyyətindədir.

Tramp həmçinin bir sıra idarələri ləğv etmək istədiyini qeyd edib. O, vurğulayıb ki, bu, respublikaçıların Nümayəndələr Palatasına nəzarətinin qaytarılması ilə mümkün olacaq.

ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.

© Report