tramp-nyt-dan-rusiyaya-kiberhucumlar-barede-meqalenin-menbeyini-aciqlamagi-teleb-edir

Tramp “NYT”-dan Rusiyaya kiberhücumlar barədə məqalənin mənbəyini açıqlamağı tələb edir

ABŞ prezidenti Donal Tramp “The New York Times” (NYT) qəzetindən Rusiya infrastrukturuna ABŞ-ın kiberhücümları barədə məqalə dərc etməsindən sonra məlumatın mənbələrini açıqlamağı tələb edib. İnsider.az bu barədə xəbəri “Kommersant”-a istinadla çatdırır.

Xatırladaq ki, daha öncə Tramp “NYT”-ın yaydığı məlumatı satqınlıq və yalan adlandırmışdı.

"Qəzet, əgər ümumiyyətlə mənbələr varsa, nədən ki, mən şübhə edirəm, onları dərhal açmalıdırlar”, - deyə Tramp “Twitter” hesabında yazır.

Qeyd edək ki, iyunun 15-i “NYT” xəbər vermişdi ki, ABŞ son il Rusiyanın energetika sisteminə kiberhücumların sayını artırıb. Bu hücumların məqsədi də energetika sisteminin bəzi detallarının sabotaj edilməsini və verilənlərin yğımını mümkün edən proqramların yeridilməsidir. Bu, Trampla Putinin görüşünün keçəcəyi Osakadakı “G20” sammit qabağı baş verib. Trampın məlumatı yalan adlandırması ilə yanaşı, Kreml öz növbəsində rus şirkətlərinin əvvəlki kimi xaricdən kiberhücumlara məruz qaldıqlarını bəyan edib, güc strukturları isə hücumların uğurla qeyd olunub neytrallaşdığını bildiriblər.

Samirə Məmmədova